• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 998
— 26.06.2017 10:01

Toyota Prius krossoverə çevrildi

Toyota şirkəti yığcam Aqua heçbekini yeniləyib. Bu maşın Yaponiya hüdudlarından kənarda Prius C adı ilə satılır. Restaylinqlə birlikdə hibrid maşın yolsuzluq modifikasiyası da əldə edib. Əvvəlkindən fərqləndirmək üçün maşının yen ön bamperinə, düzəliş edilmiş hava qəbuledicilərinə və baş işıq faralarına, həmçinin fərqli arxa fənərlərinə diqqət etmək edilməlidir. Alətlər panelində əlavə informasiyaları göstərən yeni ekran peyda olub. Krossover versiyasına gəldikdə, belə avtomobilin klirensi böyüdülüb, yeni radiator barmaqlığı, kuzovun aşağı hissəsində plastik qoruyucu, 16 düymlük alüminium disklər və mühərriki müdafiə edən dekorativ plastin material meydana gəlib. Toyota Aqua hibrid güc sistemi ilə hərəkətə gəlir, buraya 1,5 litrlik benzin motor və elektrik mühərrik daxildir. Aqreqatların ümumi gücü 100-ə bərabərdir. Heçbek 100 kilometrə 2.6 litr yanacaq işlədir. Yeni Toyota Aqua 16 058 dollara, yolsuzluq versiyası isə 18 555 dollara başa gələcək.


Cavanşir Məmmədzadə