• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 967
— 24.06.2017 04:36

Goranboyda piyadanı maşın vurub.

Hadisə Bakı-Qazax magistral yolunun Goranboy rayonu Dəliməmmədli qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Rayonun Qaradağlı kənd sakini Orxan İmamquliyev idarə etdiyi “VAZ21011” markalı avtomoibllə hərəkətdə olarkən Yevlax rayon sakini, 42 yaşlı Aqil Hümbətovu vurub. Yaralı dərhal Gəncə şəhər Abbas Səhhət adına 2 saylı şəhər xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır