• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1952
— 22.06.2017 21:48

Ağstafada raket tapılıb

KepezTV Player

Ağstafanın Saloğlu kəndində otlaq sahəsinə baxış keçirilib, 1 ədəd 122 mm-lik ″Qrad″raketi aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən məlumat verilib. Ümumilikdə Agentlik tərəfindən bu il yanvarın 1-dən bu günə qədər 5 779 ədəd partlamamış hərbi sursat, 191 ədəd tank əleyhinə mina və 30 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

 

Vüsalə Camal