• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1256
— 06.06.2017 19:05

"QAZel" aşdı, 11 nəfər xəsarət aldı

KepezTV Player

Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Dəlləkli kəndi ərazisində qeydə alınıb.“Qazel” markalı maşın aşıb. Qəza nəticəsində bağlardan meyvə yığmağa gedən 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmin şəxslər Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Onlardan 8-i ilkin tibbi yardımdan sonra evə buraxılıb. Quba rayon Bağbanlı kənd sakinləri Rahilə Piriyeva, Faizə Qocayeva, Qubanın Zərdabi kənd sakini Seyvan Paşayeva müalicələrini xəstəxanada davam etdirirlər. Faktla bağlı araşdırma aparılır. 

 

Zülfiyyə Telmanqızı