• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1584
— 02.06.2017 19:22

Zəncirvari qəza baş verib

KepezTV Player

Bakının Nəsimi rayonunda zəncirvari yol qəzası baş verib. Hadisə "Şamaxinka" adlanan ərazidə qeydə alınıb. Yüksək sürətlə hərəkətdə olan "Mercedes"in sürücüsünün idarəetməni itirməsi nəticəsində maşın yol kənarında dayanan taksi sürücüsü Səxavət İbrahimova məxsus “Azsamand” markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin təsirindən “Azsamand” qarşısında olan "Mercedes"ə dəyib. Hadisə şahidlərinin sözlərinə görə, qəza yerindən yayınan “Mercedes”in sürücüsü sərxoş vəziyyətdə olub. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Faktla bağlı araşdırmalar aparılır.

 

Zülfiyyə Telmanqızı