• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1144
— 02.06.2017 15:26

ADAU-da mediatur təşkil edilib

KepezTV Player

Respublikanın bir çox ali təhsil müəssisələrində olduğu kimi, ADAU-da yay imtahan sessiyası başlayıb. İmtahanın ilk günü Universitetə Mediatur təşkil edilib.

ADAU-da I, II, III və baytarlıq ixtisasının IV kurs tələbələri, habelə magistratura pilləsinin birinci kursunda təhsil alanlar 2016/2017-ci tədris ili üçün yaz semestr imtahanlarına başlayıb. Boloniya sistemi və tələbələrin arzularına uyğun olaraq imtahanlar test üsulu ilə yanaşı, yazılı və şifahi formada aparılır. Bu sessiyada tələbələrin 62 faizi testə, digər 38 faizi isə yazılı və şifahi formaya üstünlük verib.

İmtahanların şəffaf və obyektiv keçirilməsi məqsədi ilə işçi qrupları, apelyasiya komissiyası və kodlaşdırma sistemi yaradılıb. Bundan başqa bütün fakültələr üzrə imtahanın təşkili və onlara nəzarət edən xüsusi komissiyalar təşkil olunub.

ADAU-nun 7 fakültəsində 12 ixtisas üzrə 5 mindən çox tələbə təhsil alır. Bu imtahanda ümumilikdə tələbələrin 3 mindən artığı öz biliklərini sınaqdan keçirəcəklər.

 

Gülnar Fazilqızı