• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1065
— 01.06.2017 15:06

Şəmkir və Samuxda uşaqlar günü qeyd olunub

KepezTV Player

Şəmkir və Samuxdan olan balacalara da bu gündən pay düşüb. Onların şəninə təşkil edilən tədbirlərdə fidanlar o ki var şənlənib, bayramın sevincini yaşayıblar.

Şəmkirdə uşaqların beynəlxalq müdafiəsi gününə həsr edilən uşaq festivalı balacaların əl işlərindən ibarət sərgi, uşaq kitabları ilə tanışlıq, yaradılan maraqlı guşələrə baxışla başlayıb. İstirahət parkında uşaqların bayramı əyləncəli keçirməsi üçün müxtəlif attraksionlar və əyləncə qurğuları onların ixtiyarında olub. Rayon əhalisinin təxminən 47 mini uşaqdır ki, onlardan da 3 mini bağçalarda tərbiyə alır. Məktəbəqədər hazırlığın müasir tələblər səviyyəsində olması üçün yerli büdcə hesabına rayon mərkəzində və Dəllər qəsəbəsində 3 körpələr evi-uşaq bağçasının binası yenilənib. Hazırda proses Kür qəsəbəsində davam etdirilir. Bayram tədbirində fəallığı və bacarığı ilə seçilən balacalar da diqqətdən kənarda qalmayıb. Həmçinin fidanları hərbi xidmət aparan əsgərlər də yaddan çıxarmayıb.  

Samuxlu balacalar da rayonun istirahət parkında bayram sevinci yaşayıblar. Aztəminatlı və imtiyazlı ailələrin övladları, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqlar da diqqət mərkəzində olub. Yaradılan şərait, onların vaxtının səmərəli təşkili uşaqların ürəyincə olub. Rayondakı 16 məktəbəqədər müəssisəsinin balacalarının çıxışları da bayram tədbirinə əlavə çalarlar qatıb. Bu il əsaslı şəkildə yenidən qurulan şəhər 1 və 3 saylı, eləcə də Albaşlı qəsəbə uşaq bağçaları, Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenilənən 2 körpələr evi balacaların hərtərəfli inkişafına xidmət edir. Yaxın günlərdə hər iki tərbiyə ocağı qapılarını balacaların üzünə açacaq. Bayram tədbirində ifası, rəqsləri və şeirləri ilə fərqlənənlərə hədiyyələr təqdim olunub.

Natiq Hüseyn