Bu günə xəbərlərin oxunma sayı: 1372
— 31.05.2017 14:46

Qazaxın “Göyəzən” klubunun sabiq futbolçusu Qoşqar Sarıyev vəfat edib

KepezTV Player

37 yaşlı Sarıyev ürək tutmasından dünyasını dəyişib. Keçmiş müdafiəçinin son vaxtlar səhhəti ilə bağlı problemləri yaranıb. O, ötən il həm bu, həm də  klubun maddi vəziyyətinin zəifliyinə görə karyerasını başa vurub. Qazax futbol məktəbinin yetirməsi olmuş Sarıyev karyerası ərzində yalnız doğma rayonunun komandasında çıxış edib. “Göyəzən”in kapitanı olub, uzun illər bu komandanın heyətində I divizionla yanaşı, Premyer Liqa yarışlarında da oynayıb. Sarıyev futbolçu həyatını başa vursa da, klubu ilə əlaqəni kəsməyib, komandanın ev oyunlarında dəstək verib.

Mehdi Salmanov- “Göyəzən”in vitse-prezidenti: “Futbolçu kimi öz üzərində işləyən, verilən tapşırıqları yerinə yetirən idi. Qazax üçün yaxşı futbolçu idi. Hətta bir dəfə “Qəbələ”yə baxışa da çağırmışdılar. Amma getmədi, komandaya sadiq qaldı. Onun ölümü xəbərini eşidəndə pis oldum. Hadisə dünən axşam olub, mənə bu gün səhər deyiblər. Döyüşkən ruhlu insan idi”.

 

Azad Rəfi