• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 962
— 31.05.2017 00:03

Arı sancması nəticəsində öldü

KepezTV Player

Oğuzda arı bir insanın həyatına son qoyub. 67 yaşlı Şamil Əmrahov arı sancmasından dünyasını dəyişib. Mərkəzi Bazarda qeydə alınan hadisə zamanı Şamil Əmrahov arıları toplandıqları yerdən qovmağa çalışıb. Bu zaman həşəratların hücumuna məruz qalan rayon sakini bir müddət sonra yol kənarında yıxılmış vəziyyətdə tapılıb. Hadisə yerinə dərhal Təcili Tibbi  yardım briqadası çağırılıb. Xəstəxanaya çatdırılan Şamil Əmrahovun həyatını xilas etmək mümkün olmayıb.