• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1428
— 29.05.2017 06:01

Qəzalar ölüm və xəsarətlərə yol açdı

KepezTV Player

Daha bir ağır qəza Gəncədə baş verib. Üzeyir Hacıbəyov küçəsində hərəkətdə olan “Mercedes” markalı avtomobil küçə süpürən qadını vurub. Təmizlik İdarəsinin işçisi aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Goranboyun Balakürd kəndi ərazisində isə “VAZ 2107” markalı avtomobilin idarəetmədən çıxaraq yol kənarına aşması nəticəsində 4 nəfər xəsarət alıb. Sərxan Feyzullayev, Xanlar Camalov, Elmir Ələsgərli və Orxan Feyzullayev Goranboy Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Faktlarla bağlı araşdırmalara başlanılıb.
 

Zülfiyyə Telmanqızı