• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 949
— 27.05.2017 14:53

Dövlət İmtahan Mərkəzi respublikanın 29 şəhər və rayonunda bu il üçün ilk sınaq imtahanları keçirib

KepezTV Player

 3 saat vaxt aparan prosesdə abituriyentlərin özlərini qəbul imtahanında hiss etmələri üçün hər cür şərait yaradılıb. Heç bir hüquqi əsasa malik olmayan sınaq ali təhsil müəssisələrinə qəbulla bağlı hazırlıq məqsədi daşıyır. İmtahan abituriyentlərə hazırlıq səviyyələrini yoxlamağa, imtahan qaydaları ilə əyani tanış olmağa, qəbul imtahanına psixoloji cəhətdən uyğunlaşmağa, ayrılan vaxtdan səmərəli istifadə etmək bacarıqlarını inkişaf etdirməyə hesablanıb. Nəticələr bir neçə gün sonra DİM-in rəsmi internet saytında yerləşdiriləcək. Növbəti və son – 11 iyunda keçiriləcək sınaq imtahanlarına qeydiyyat isə davam edir. 


Nəsimi Məmmədov- DİM-in Gəncə Regional bölməsinin müdiri: “Abituriyentlər DİM-in saytına daxil olub şəxsi kabinetinə 20 manat rüsum ödəməklə oradan istifadəçi kodu götürdükdən sonra sınaq imtahanının xüsusi bölməsində qeydiyyatdan keçə bilərlər. Əvvəlki illərdə Gəncədə sınaq imtahanlarında iki növbədə 5100 nəfərdən çox abituriyent iştirak edirdi. Bu ilki birinci sınaq imtahanında 1500 nəfərdən artıq abituriyent qeydiyyatdan keçib”.

Xəyalə Mürsəl