• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1862
— 27.05.2017 13:26

Gəncədə 28 may Respublika günü münasibətilə bilik yarışı keçirilib

KepezTV Player

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi ilə intellektual idman klubunun birgə keçirdiyi yarış gənclər mərkəzində baş tutub. Mübarizələrdə 10 komanda qalib adı uğrunda yarışıb. Tərkibi 6 nəfərdən ibarət olan kollektivlər 24 suala cavab verməklə ən güclünü müəyyənləşdiriblər. Yarışın yekuna əsasən Feline komandası 1-ci yeri tutub. Rekviem 2-ci, Difai isə 3-cü pillədə qərarlaşıb.

Rəşad Əlizadə -Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin gənclərlə iş sektorunun müdiri: “Kim, harada, necə intellektual yarışı təşkil olundu ki, burada əsas məqsəd həm respublika gününü qeyd etmək, həm də gənclərin intellektual səviyyəsini artırmaqdan ibarətdir. Şəhərimizdə mütəmadi olaraq bu cür tədbirlər keçirilir. Onlar müxtəlif formatlarda – yeniyetmə, gənc və tələbələr arasında təşkil edilir. Bugünki yarışda gənclər iştirak edirdi”.

 

Orxan Cəfərzadə