• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1941
— 27.05.2017 10:01

Google 5000 dollarlıq “meqaplanşet”in satışına başladı

Google şirkəti 55 düymlük 4K-ekran iri Jamboard adlı lövhənin satışına start verib. Nvidia Jetson TX1 prosessoru, şəxsi iOS- Android proqramlarına malik qurğu stilus və jestlərlə idarə edilə bilər. ABŞ-da bu lövhənin qiyməti $4999-dır. Jamboard ötən ilin oktyabrında təqdim olunmuşdu. O, “meqaplanşet” kimi biznes-istifadəçilər üçün düşünülmüşdü ki, belədə biznesmenlər ideyaları müzakirə edə, təqdimatlar və iclaslar keçirmək şəraiti qazanırlar. Nəhəng taçskrində çəkilən rəsmlər və qeydlər avtomatik olaraq “Disk Google”-da saxlanılır. Bununla da onları istənilən digər cihaz və proqramlarda izləmək olar. Jamboard hətta real vaxt rejimində də işləmək qabiliyyətindədir.

 

Cavanşir Məmmədzadə