• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1366
— 26.05.2017 10:26

Hakerlər Samsung Galaxy S8-in göz skanerini aldatmağı bacardılar

Flaqman smartfon Samsung Galaxy S8 təkcə barmaq izlərini tanıyan sensor yox, həm də sahibinin gözü ilə tanıyan skaner əldə edib və bu, istehsalçıların iddiasına görə daha etibarlı biotermik eyniləşdirmədir. Ancaq Chaos Computer Clubs (ССС) xakerləri Samsungun analoji skanerini aldatmağı bacarıblar. Hakerlər müəyyən ediblər ki, bunun üçün gözün gecə rejimində rəqəmsal fotosunu çəkmək ya da kamerada infraqırmızı filtri söndürmək kifayətdir. Parlaqlıqda və kontrastlıqda müəyyən dəyişikliklər etdikdən sonra gözün fotosunu lazerli printerdə çap etmək lazımdır. Daha sonra çəkilən göz bəbəyinə adi kontakt linza yerləşdirmək və həmin şəkli skanerə göstərməklə smartfonu açmaq mümkündür. “Əgər siz məlumatlarınızın smartfonda daha yaxşı qorumaq istəyirsinizsə o zaman ənənəvi PIN-kod daha etibarlı qorunmadır” deyə Chaos Computer Clubs (ССС) cəmiyyətinin nümayəndəsi Dirk Enqlinq bildirib. O, xatırladıb ki, Samsung Galaxy S8-də göz bəbəyini tanıyan skaner yalnız Samsung Pay sisteminə daxil olmaq üçün yararlı ola bilər.

Cavanşir Məmmədzadə