• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1298
— 26.05.2017 10:23

2100 dollarlıq smartfon: Tonino Lamborghini Alpha One

Dəbdəbəli aksessuarlar istehsal edən Tonino Lamborghini Group şirkəti Alpha One adlı smartfonunu təqdim edib. Mobil cihaz nə az, nə də çox, düz 2100 dollara satılır. Aparatın korpusu titandan da möhkəm olan maye metaldandır, arxa panel isə italyan dəri materialından hazırlanıb. Hər iki material Lamborghini markasının modellərində də tətbiq edilir. Texniki xarakteristika: 5,5 düymlük Quad HD AMOLED, Snapdragon 820 prosessoru, 4 Qb operativ yaddaş və 64 Qb daimi yaddaş. Əsas kamera 20 meqapiksel, ön kamera isə 8 meqapikseldir. Qurğuda iki sim-kart yerləşdirməyə də imkan var. 3250 mAs həcmli akkumlyator sürətli enerji yığma texnologiyasına sahibdir. Hi-Fi tətbiqi sayəsində smartfon musiqini yüksək keyfiyyətlə işə salır. Tonino Lamborghini Alpha One firmanın rəsmi saytında satışa çıxarılıb.

Cavanşir Məmmədzadə