• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2287
— 25.05.2017 19:36

Mağaza içərisindəkilərlə birgə yandı

KepezTV Player

Şabranda yanğın qeydə alınıb. Rayonunun Güləmli qəsəbəsində Ehtiram Əzməmmədova məxsus, ümumi sahəsi 24 m² olan mağazanın dam örtüyünün yanar konstruksiyaları yararsız hala düşüb. Hadisə zamanı obyektdəki əşyalar da yanıb. Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi əraziyə cəlb edilib. Alov söndürülüb, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Faktla bağlı araşdırma aparılır.

 

Zülfiyyə Telmanqızı