• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1308
— 25.05.2017 12:55

Oğurluqda şübhəli bilinən iki nəfər saxlanıldı

KepezTV Player

Oğurluq etməkdə şübhəli bilinən Gəncə sakinləri saxlanılıblar. Əməliyyatı Nizami RPİ-nin əməkdaşları keçiriblər. Nəticədə mayın 21-də Gəncə şəhəri ərazisindəki evlərdən birindən qızıl, gümüş və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuş Elnur İsmayılov və Həmidə Məmmədova tutulublar. Fakt üzrə araşdırmalar davam etdirilir.

Zülfiyyə Telmanqızı