• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1498
— 24.05.2017 16:26

Gəncədə icma inkişafı prosesini müzakirə etmək məqsədilə konfrans keçirilib

KepezTV Player

150 nəfərə yaxın iştirakçı Gəncədə icma inkişafı prosesini müzakirə etmək məqsədilə icma inkişafına həsr olunan 3-cü milli konfransda bir araya gəlib. İcma əsaslı sosial-iqtisadi inkişaf layihələrinin yerinə yetirilməsi üçün icma səfərbərliyi sahəsində uğurlar, çətinliklər və əldə olunan təcrübələr bölüşülüb. Konfrans ABŞ Beynəlxalq İnkişaf Agentliyi və Azərbaycan hökümətinin birgə maliyyələşdirdiyi Sosial İqtisadi İnkişaf Fəaliyyəti adlı proqram çərçivəsində Şərq-Qərb İdarəetmə İnstitutu tərəfindən təşkil olunub.

Sosial İqtisadi İnkişaf Fəaliyyəti proqramı- SEDA dünyanın bütün ölkələrində həyata keçirilir. USAİD Azərbaycan höküməti ilə birgə SEDA proqramı çərçivəsində 83 icmada 94 layihə həyata keçirib. Bununla 140 mindən çox insana yardım edilib. Azərbaycanın Gəncə-Qazax, Aran və Quba-Xaçmaz regionu üzrə icra olunan layihələr içərisində tibb məntəqələri, süd və yem toplama müəssisələri yer alır. Həmçinin sosial layihələrdən yolların təmiri, elektrik xətlərinin yenilənməsi, uşaq bağçaları və məktəblərin abadlaşdırılması xüsusi əhəmiyyət kəsb edir. 

Faiq Rüstəmov- İmişli rayonu, Oruclu icmasınınn koordinatoru: “İcma formalaşdığı dövrdən bu günə qədər beynəlxalq QHT-lərlə birgə 12 layihə həyata keçirmişdir. Onlardan biri məktəb layihəsidir. İcmada tibb məntəqəsi, qarışıq yem istehsalı müəssisəsi süd toplama məntəqəsi, drenaj kanallarının təmizlənməsi, kənd arası yolların təmiri layihəsi, 250 yerlik xeyir şər mağarı, 2 ədəd transformatorun dəyişdirilməsi layihəsi həyata keçirilmişdir. Həmin layihələrin icrası zamanı qoyulan maliyyə vəsaitinin 75%-i ABŞ Beynəlxlaq İnkişaf Agentliyinin 25%-i isə icma tərəfindən töhfə kimi qoyulmuşdur”.  

Sevda Vəliyeva- Goranboy rayonu, Faxralı icmasının üzvü: “Faxralı icması üzrə SEDA layihəsi ilə su layihəmiz həyata keçirilib. Bizim icmanın töhfəsi donor təşkilatın töhfəsindən çoxdur. Bu SEDA layihəsində özlərinin dediyi kimi ən böyük nailiyyətdir. İcma donor təşkilatından ikiqat artıq töhfə vermişdir”.

Əhməd Tağıyev- Quba rayonu Rustov kənd icmasının sədri: “SEDA-nın apardığı layihələr içərisində Azərbaycanda ilk layihə olaraq Quba rayonunun Rustov kəndində alternativ enerji mənbəyi olaraq günəş şüaları ilə işıqlandırma layihəsi həyata keçirildi. Bu layihədən böyük məmnunluq hissi duyuruq”.

SEDA-nın əsas ideyası bütün maraqlı tərəflər arasında ünsiyyətin qurulmasına yardım göstərmək, onların bir araya gəlib problemləri həll etməsinə kömək etməkdən ibarətdir. 

Randal Olson- USAİD Azərbaycan İdarəçilik və İqtisadi dayanıqlılıq şöbəsinin direktoru: “Biz xüsusən qeyd etmək istərdik ki, bu layihə həm ABŞ höküməti həm də Azərbaycan höküməti üçün böyük önəm daşıyır. Bu hər iki hökümət arasında olan əməkdaşlığın təzahürüdür. Hər iki hökümət bu layihəyə 7 mln dollardan artıq vəsait ayırıb. Bu layihənin uğuru həm də ona görə olmuşdur ki, biz yerlərdə yerli icma strukturları ilə, Maliyyə və iqtisadiyyat nazirlikləri ilə yaxından əməkdaşlıq edirik. Ən əsası odur ki, insanlar özləri icmalarda bu layihənin uğuruna öz töhfələrini veriblər. Bu da çox vacib məsələdir”. 

Konfrans müxtəlif mövzuları əhatə edən 5 panel üzrə müzakirələrlə davam edib.

Fərid Mehdizadə