• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1255
— 20.05.2017 09:52

Gəncədə eyni ərazidə ikinci yanğın olub

KepezTV Player

Gəncənin Kəpəz rayonu, Poçt qəsəbəsində son iki gündə ikinci yanğın baş verib. Məmmədyarov 25 ünvanında, Faiq Məmmədova məxsus ümumi sahəsi 112 m2 olan, birmərtəbəli, 6 otaqlı evin 3 otağının yanar konstruksiyaları və ev əşyaları 45 m2 sahədə yanib. Hadisə yerinə cəlb olunan Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşları tərəfindən evin qalan hissəsi alovdan mühafizə olunub. Yaşayış olmayan evdə çıxan yanğının səbəbləri araşdırılır.

Xaliq Qurbanlı