• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2104
— 19.05.2017 12:13

Uşağı ilan sancdı

Lənkəranda xoşagəlməz hadisə baş verib. Rayonun Zövlə kənd sakini 9 yaşlı Roman Sadıqov həyətdə oynayarkən onu ilan sancıb. Romana elə ilk yardımı da anası göstərib. Uşaq dərhal valideynləri tərəfindən Lənkəran rayon mərkəzi xəstəxanasına aparılıb. Reanimasiya şöbəsinə yerləşdirilən xəstəyə ilan zəhəri əleyhinə zərdab vurulub. Romanın vəziyyəti normal olduğunan o, axşam saatlarında evə buraxılacaq.

Zülfiyyə Telmanqızı