• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1260
— 18.05.2017 14:44

Göygöldə YAP-ın növbəti konfransı keçirilib

KepezTV Player

Yeni Azərbaycan Partiyasının Göygöl rayon təşkilatının 10-cu konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə partiyanın yaradıcısı və memarı  ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib. Konfransda çıxış edənlər Yeni Azərbaycan Partiyasının Göygöl rayon təşkilatının yaranma tarixindən və fəaliyyətindən danışıblar. 1993-cü ilin mart ayının 2-də təsis edilən rayon təşkilatı ilk günlərdə özündə 30 nəfəri birləşdirib. Hazırda isə üzvlərin sayı 121 ərazi ilk partiya təşkilatında 5065-ə çatıb. Ötən konfransdan bu günədək 1568 nəfər üzvlüyə qəbul olunub. Partiya fəallarının 2607 nəfəri qadınlar, 1742 nəfəri isə gənclərdir. Çıxışlarda Yeni Azərbaycan Partiyası üzvlərinin ölkəmizin sosial, iqtisadi və mədəni həyatında rolundan danışıblar. Bundan sonra da respublikamızın inkişafı istiqamətində səylə çalışacaqlarına əminlik ifadə olunub. Konfrans iştirakçıları növbəti beş illik üçün Turani Əliyevi yenidən partiyanın rayon təşkilatının sədri seçiblər. Sonda partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim olunub.

Natiq Hüseyn