• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1303
— 17.05.2017 12:49

Şirkət avtomobili qəzaya uğradı, əməkdaşlar yaralandılar

KepezTV Player

Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 133-cü kilometrliyində, Zaqatalanın Qazangül qəsəbəsi ərazisində rayonun Yuxarı Tala kənd sakini, 26 yaşlı Səddam Mehdiyevin idarə etdiyi “Nissan Navara” markalı avtomobil yol kənarındakı ağaca çırpılıb. Nəticədə maşında sıxışıb qalan Mehdiyev və sürücünün həmkəndlisi, 36 yaşlı Mahmud Vanatiyev xəsarət alıb. Onları maşından Fövqəladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri çıxarıblar. Hər iki yaralı Zaqatala Mərkəzi Rayon Xəstəxanasına aparılıb, vəziyyətləri hazırda orta-ağır qiymətləndirilir. Qəzaya düşən avtomobil şirkətlərdən birinə məxsusdur, Səddam Mehdiyev və Mahmud Vanatiyev isə həmin şirkətin işçiləridir. Faktla bağlı Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və təhqiqat bölməsində araşdırma aparılır.

Zülfiyyə Telmanqızı