• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 975
— 16.05.2017 13:00

Lənkəranda 4 nəfər dəm qazından zəhərlənib

KepezTV Player

Tütəpeşdə kəndində 33 yaşlı Leyla Mehdizadə, onun övladları - 14 yaşlı Nərmin, 13 yaşlı Nigar və 9 yaşlı Elmar Abbaszadə zəhərlənmə əlamətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Onlardan üçünün vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan bildirilib ki, axşam saatlarında elektrik enerjisi kəsildiyindən ailə evin altındakı generatoru işə salıb. Generatordan çıxan qaz onları zəhərləyib.

Zülfiyyə Telmanqızı