• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 988
— 15.05.2017 16:07

Şəmkirdə su pulunu ödəməyənlərin suyu kəsiləcək

KepezTV Player

İsti yay günlərində əhalinin normal su ilə təchiz etmək üçün Şəmkir rayonunda nəzərdə tutulan tədbirlər tam yerinə yetirilib. İstifadə olunan  suyun dəyərinin vaxtlı-vaxtında ödənilməməsi isə yarana biləcək texniki nasazlığın vaxtında aradan qaldırılmasına təsir edir. Bu səbəbdən də Şəmkir Su Kanal İdarəsinin rəsmiləri növbəti həftədən su pulunu ödənişi ilə bağlı kütləvi reydlərə başlamağı planlaşdırır.

Şəmkir Su Kanal İdarəsinin kollektivi hazırda 11037 abonentə xidmət göstərir. Bu abonentlərin 3416-sı kənd və qəsəbələrdə yaşayanlardır. Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenilənməsi layihəsi çərçivəsində görülən işlər nəticəsində əhalinin normal su ilə təchiz olunacağı proqnozlaşdırır.

Aslanalı Hüseynov- Şəmkir Su Kanal İdarəsinin rəisi: “Hal-hazırda Şəmkir şəhərinə içməli suyun fasiləsiz olaraq verilməsi Şəmkirçay dəryaçasından çəkilən magistral xətt vasitəsi ilə verilir. Bu günləri və gələcəkdə yay mövsümündə içməli suyun verilməsində heç bir problem gözlənilmir”.

Layihəyə əsasən rayon mərkəzində 7 min abonent hazırda su pulunu əvvəlcədən, yəni smart kart tipli elektron sayğaclarla ödəyir. Təzəkənd və Düyərli kəndlərində isə bir qisim mənzillərdə mexaniki sayğaclardan istifadə olunur. Bəzi yaşayış məntəqələrində su pulunun vaxtında ödənilməməsi  çətinliklər yaradır.

Aslanalı Hüseynov- Şəmkir Su Kanal İdarəsinin rəisi: “Bir neçə kənd və qəsəbədə içməli suyun pulunun ödənişində problem yaşanır. Xüsusi ilə Kür qəsəbəsində bildirişlər vaxtlı-vaxtında paylansa da ödənişlər zəifdir”.

İdarə rəisi növbəti həftədən etibarən Kür qəsəbəsində kütləvi reydlərə başlanılacağın anonsunu da verib. Ödəniş etməyən abonentlərin suyu xətdən ayrılacaq.

 

Natiq Hüseyn