• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1740
— 11.05.2017 13:13

Şəmkirdə polis bölməsi üçün yeni bina inşa olunub

KepezTV Player

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətiylə Şəmkir Rayon Polis Şöbəsinin Zəyəm polis bölməsi üçün yeni bina istifadəyə verilib. Yeni bina polisin iş şəraitini yaxşılaşdırmağa hesablanıb.  

Şəmkir Rayon Polis Şöbəsinin Zəyəm polis bölməsi üçün yeni binanın inşasına 6 ay bundan əvvəl başlanılıb. Qısa müddət ərzində köhnə binanın yerində müasir tələblərə cavab verən yeni bölmə inşa olunub. İki mərtəbəli binada asayiş keşikçilərinin normal fəaliyyəti üçün maksimum şərait yaradılıb. Açılış məraismində çıxış edən Şəmkir rayon polis şöbəsinin rəisi polkovnik Cəmil Əmirov təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində dövlətin polisə göstərdiyi qayğıdan danışıb. Zəyəm polis bölməsi üçün yeni binanın inşası da bu qayğının təzahürü kimi dəyərləndirilib. Daxili İşlər Nazirliyinin Texniki Təminat Baş İdarəsinin rəisi general-mayor Elçin Həsənov da son illər ölkədə polis əməkdaşlarının iş şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. Son illərdə şöbə və bölmələr üçün 350 yeni bina tikildiyini vurğulayıb. Təkcə  2016-cı ildə 4 idarə və 2 şöbə üçün yeni bina istifadəyə verilib. Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Zəyəmdə inşa olunan polis binasının qəsəbənin görkəminə əlavə çalarlar qatdığını önə çəkib. Bina ilə tanış olan tədbir iştirakçıları müasir texnoloji avadanlıqlarla təchiz edilən 10 xidməti və yardımçı otaqlar, növbətçi hissədə yaradılan şəraiti yüksək qiymətləndiriblər. 11 zabit və 19 sıravi işçi olan Polis bölməsi 1 qəsəbə və 18 kənd olmaqla 44 min 500 vətəndaşın asayişini qoruyur. Daxili İşlər Nazirliyi tərəfindən Zəyəm polis bölməsinə yeni xidməti avtomobil də verilib.

 

Natiq Hüseyn