• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2170
— 09.05.2017 14:03

Gəncədə “Heydər Əliyev irsini öyrənirik” adlı bilik yarışı keçirilib

KepezTV Player

Gəncədə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə “Heydər Əliyev irsini öyrənirik” adlı bilik yarışı keçirilib. Yarışda Gəncənin ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrindən ibarət komandalar iştirak ediblər. İştirakçılara ulu öndərin həyatı və siyasi fəaliyyəti, memarı olduğu müstəqil Azərbaycanın tarixi, son dövrlər ölkədə, habelə respublikanın ikinci böyük şəhəri olan Gəncədə reallaşan irimiqyaslı layihələr, beynəlxalq tədbirlər və sair mövzular ətrafında suallar təqdim olunub. Gərgin mübarizə şəraitində keçən yarışda ADAU komandası I yerə, Gəncə Dövlət Regional Kollecin komandası isə II yerə layiq görülüb. Keçirilməsi ənənə halını alan yarış Gəncə şəhər İcra Hakimiyyətinin, şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi, YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı, “Kapital Bank” ın  Gəncə şöbəsinin tərəfdaşlığı ilə baş tutur.

Vəfa Şairova