• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1810
— 09.05.2017 14:08

Gəncədə 9 may - faşizm üzərində qələbənin 72-ci ildönümü illiyi qeyd olunub

KepezTV Player

Gəncədə faşizm üzərində qələbənin 72-ci ildönümü qeyd olunub. Tədbirdə II Dünya Müharibəsi veteranları, şəhər rəhbərliyi, təhsil, mədəniyyət, səhiyyə və digər müəssisələrin kollektivləri, rus icmasının nümayəndələri iştirak ediblər. 

Azərbaycanın ilk Sovet İttifaqı qəhrəmanı İsrafil Məmmədovun məzarüstü abidəsi önündə qələbəlik var... “9 May - faşizm üzərində qələbənin 72-ci il dönümü” qeyd edilir. Onlar da buradadır. Böyük Vətən Müharibəsində qazanılan qələbənin səbəbkarları... Bu gün əslində onların bayramıdır, bütün təbriklər də məhz onlar üçündür...


Yusif Məmmədov- Gəncə şəhər Veteranlar Təşkilatının sədri: “ Siz bilirsiniz ki,  Böyük Vətən Müharibəsində bizim 216-cı "Taqanrok" diviziyası olub. Bunu ruslar da etiraf edir ki, ilk dəfə Berlinə girən, məhz həmin diviziya olub. İlk dəfə Berlinə girib, oranı darmadağın edən bizim 216-cı "Taqanrok" diviziyamız olub”.

Bu gün balacar da sevinir. Böyük Vətən Müharibəsi iştirakçısı ilə şəkil çəkdirdikləri üçün... Bu şəkilin önəmi və dəyərini illər sonra daha yaxşı anlayacaqlarından xəbərsiz... 

Tədbir isə davam edir... Gəncə Dövlət Dram Teatrının kollektivi Mir Cəlal Paşayevin “Ərik ağacı” əsərinin motivləri əsasında hazırlanan səhnəciyi təqdim edir. Keçmişin səhifələri vərəqlənir, həmin günlər gözlər önündə canlanır...

İndi gözlərdəki o kədəri – qələbə sevinci, qayğı və intizarı isə qələbənin bəxş etdiyi qürur hissi əvəzləyib. Biz ümid edirik ki, bu hissi tezliklə yenidən yaşayacağıq. 3 rəngli bayrağımızı düşmən tapdağı altında olan torpaqlarımızda dalğalandıraraq...

 

Gülnar Fazilqızı