• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2212
— 09.05.2017 13:16

Göygöl və Samuxda qələbə günü qeyd olunub

KepezTV Player

Göygöl rayonundan 5 min nəfər Böyük Vətən Müharibəsində qələbənin əldə edilməsi üçün cəbhəyə yollanıb və onlardan yarısı həlak olub. 197 Göygöl sakini orden və medallarla təltif edilib. Hazırda rayonda 6 nəfər Böyük Vətən Müharibəsinin iştirakçısı yaşayır. Qələbə günü münasibətiylə 1941-45 Abidə Kompleksi önündə baş tutan tədbirdə faşizm üzərində qazanılan qələbədə Azərbaycanlıların böyük pay sahibi olduğu və döyüşlərə şücaətləri ilə yadda qalıblar. Bayram tədbiri hərbi vətənpərvərlik ruhunda hazırlanan konsert proqramı ilə davam edib.

Böyük Vətən Müharbəsində qazanılan qələbədə Samux sakinlərinin də payı olub. 1941-45 Abidə Kompleksi önünə tər-çiçəklər düzüblər. 3 mindən çox Samuxlu döyüşlərdə qəhrəmancasına vuruşub. Hazırda rayonda 12 nəfər ikinci dünya müharibəsinin iştirakçısı yaşayır. Onlar dövlətin qayğısı ilə əhatə olunub. İkinci dünya müharibəsinin rayonda yaşayan veteranlarına avtomobil və torpaq sahələri verilib. Tədbirdə qələbədə pay sahibi olan veteranlara hədiyyələr təqdim olunub. Bayram tədbiri ədəbi- bədii kompazisiya ilə davam etdirilib.

 

Natiq Hüseyn