• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1518
— 09.05.2017 13:03

Şəmkirli şagirdlər Heydər Əliyevin 94-cü ildönümünü qeyd etdilər

KepezTV Player

Şəmkirdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə bağlı Rayon Təhsil Şöbəsi tərəfindən tədbir təşkil edilib. Ulu öndərin həyat və fəaliyyəti, xalqımız qarşısında misilsiz xidmətləri, təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan danışılıb. Azərbaycanın beynəlxalq aləmdə tanınması, sosial-iqtisadi sahədə qazanılan uğurlar da Heydər Əliyevin adı ilə bağlıdır. Onun həyata keçirdiyi siyasət həm də milli-mənəvi dəyərlərin qorunması, Azərbaycanı özünə vətən seçən xalqların bərabərhüquqlu yaşamasına şərait yaradıb. Ölkəmizdə keçiriləcək İslam oyunları da uğurlu siyasətin bariz nümunəsi kimi dəyərləndirilib.

 

Natiq Hüseyn