• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 969
— 09.05.2017 12:33

Silah-sursat saxlayan Bakı sakini saxlanıldı

KepezTV Player

Əllərdə qanunsuz saxlanılan odlu silah, partlayıcı maddə və qurğuların aşkar edilərək yığılması məqsədilə əməliyyat-axtarış tədbiri həyata keçirilib. Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə Nardaran qəsəbə sakini əvvəllər məhkum olunmuş Natiq Şahbazovda odlu silah-sursat olması barədə əməliyyat məlumatı daxil olub. Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Natiq Şahbazov saxlanılıb və onun Nardaran qəsəbəsindəki evində istifadə olunmayan yarımtikiliyə baxış zamanı 1 ədəd “İJ” markalı lüləsi, qundağı kəsilmiş tüfəng, 8 ədəd müxtəlif çaplı patron və 1 ədəd səs boğucu aşkar olunaraq götürülüb. Qeyd edilən faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Zülfiyyə Telmanqızı