• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2418
— 06.05.2017 01:00

Tovuzda qəzada bir nəfər ölüb, iki nəfər isə yaralanıb

KepezTV Player

Tovuz rayonun da ağır yol qəzası baş verib. Hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan “Porsche” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarında divara çırpılıb. Daha sonra isə maşın yaxınlıqdakı parka aşıb. Qəza zamanı Tovuz rayonunun Düzqrıxlı kənd sakini 34 yaşlı Zakir Qəhrəmanov ölüb. Həmçinin rayonun Alakol kənd sakinləri 32 yaşlı Orxan Hüseynov və 27 yaşlı Azad Fətullayev müxtəlif bədən xəsarətləri ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Yaralıların vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Elnur Vahidoğlu