• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2015
— 05.05.2017 13:02

N saylı hərbi hissədə silsilə tədbirlərə start verildi

KepezTV Player

Şəmkirdə yerləşən N saylı hərbi hissədə “Heydər Əliyev ideyalarına sadiqik” şüarı altında 7 günlük  silsilə tədbirlərə start verilib. Müdafiə Nazirliyinin təşəbbüsü ilə təşkil olunan tədbir ulu öndərin anadan olmasının 94-cü ildönümünə həsr olunub. Açılış mərasimində çıxış edənlər ümummilli liderin Azərbaycan ordusunun möhkəmlənməsi istiqamətində gördüyü işlərdən danışıb. Çıxışlarda qarşıdakı 7 gün ərzində hərbi hissədə keçiriləcək tədbirlər barədə məlumat verilib. Gələcək nəslin vətənpərvər ruhda böyüməsi baxımından layihənin əhəmiyyəti yüksək qiymətləndirilib.

Natiq Hüseyn