• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1606
— 02.05.2017 15:39

Ağstafa-Köçəsgər avtomobil yolunda yenidənqurma işlərinə başlanılıb

KepezTV Player

Uzunluğu 15.5 km olan Ağstafa-Köçəsgər avtomobil yolunda yenidənqurma işlərinə başlanılıb. Hazırda yolda torpaq işləri görülüb və yeni yol yatağı inşa olunur.  Paralel olaraq yolun hazır olan hissələri asfaltlanır. Ümumilikdə yolun 100 min kv metrdən çox ərazisinə 2 qat olmaqla 12 sm qalınlığında asfalt-beton örtük döşənəcək. Tikinti işlər tam olaraq yekunlaşdıqdan sonra yola 62 ədəd yol nişanları və məlumatverici lövhələr, 18 ədəd müxtəlif diametrli suötürücü borular, yolcizgi və yol göstərici xətlər çəkiləcək.

Natiq Hüseyn