• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 669
— 01.05.2017 15:56

Gəncə Lokomotiv Deposuna yeni elektrovozlar gətiriləcək

KepezTV Player

Gəncə Lokomotiv Deposuna bu il 2 yeni elektrovozun gətiriləcəyi planlaşdırlır. Onadək isə müəssisənin balansında olan lokomotivlər yay baxışına hazırlanır. 

 Hidayət Abbasov- maşinist: “Teplovozda narahatçılıq oldu bir az. Mən də rəhbərliyə müraciət elədim. Getdim ustanın yanına- təzyiq göstərmirdi, yağın təzyiqi işləmirdi. Təmirdən çıxdım oradan getdim yanacağımı götürdüm. İndi iş başındayam. Axşam saat 20-ə kimi işdəyəm”.

Nasazlıq aradan qaldırıldığından maşinist Hidayət Abbasov yenə işinin başındadır. Teplovozu ilə təmirə gedən qatarların qoşulmasını və açılmasını həyata keçirir. Deyir deponun təyinatı üzrə 2 təmir sexi var ki, onlara da gündəlik tələbat böyükdür.

Gəncə Lokomotiv Deposunun ən böyük sexi elektrovoz sexidir. Bu sexdə gündə iki elektrovozun təmir olunaraq xəttə buraxılması mümkündür.

Ötən 4 ay ərzində depoda 68 teplovoz, eləcə də 60 elektrovoz təmir edilərək istismara verilib. 830 işçi, gündəlik növbədə 150 nəfər olmaqla qatarların hərəkəti üçün çalışır. 

İbad Əliyev- tornaçı: “Burada elektrik mühərriklərinin motorxanaları xarab olanda qaynaqlanır və yaxud da lehimlənir, dəzgahlar da yonulur. Elektrovozlar gələndə onlardan çıxan xarab detalllar yenidən təmir olunur”.

Hazırda depoda 21 elektrovoz və 18 teplovoz var. Bu teplovozlardan da 2-i ötən il oktyabrında Qazaxıstandan gətirilib. Bu ilin sonuna kimi isə 2 elektrovoz da gətiriləcək.
İslam Əsgərov- Gəncə Lokomotiv Deposunun rəisi: “KAZYA-8 tipli elektrovozlar alınacaqdı. Birinci mərhələdə Böyükkəsik-Gəncə arasında işləyəcək. Bunlar çox müasir elektrovozlardı, kompyuter sistemi ilə təmin olunub. Özünəməxsus rahatlığı var. Eyni zamanda mərhələ-mərhələ gətiriləcək və 2018-ci ilin sonlarına kimi bütün yeni elektrovozlar gətirilərək, istismara veriləcək”.
62 ildir hazırki binada fəaliyyət göstərən Gəncə Lokomotiv Deposu üçün yeni bina da inşa ediləcək. 3 ha ərazidə tikiləcək binanın bütün sənədləşmə işləri tam başa çatıb.

İslam Əsgərov- Gəncə Lokomotiv Deposunun rəisi: “Gəncə Lokomotiv Deposu yenidən tikiləcək. 25 ay müddətinə tikilib istifadəyə veriləcək. Nümayəndələr gəlmişdi, onun harada tikiləcəyi də məlumdur. Müasir tipdə tikiləcək. Təqribi indiki vaqon deposu ilə Gəncəçayının arasındadır. Tezliklə inşasına başlanılacaq”.
Gəncə Lokomotiv Deposunda olan teplovoz və elektrovozlar Ucar-Böyükkəsik , Köçərli-Baləkən istiqamətinə yük və sərnişin daşıyır.  Lokomotivlər may ayının 10-na kimi keçiriləcək yay baxışına hazırlanır. 

Elnur Vahidoğlu