• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1158
— 01.05.2017 16:18

Göygöl xəstəxanaları yeni vaksinlərlə təmin edilir

KepezTV Player

Zəhərli həşəratların və quduz heyvanların dişləməsinə qarşı Göygöl Mərkəzi Rayon Xəstəxanasına 50 dozalıq vaksin gətirilib. Buna səbəb rayonda il ərzində çox sayda it dişləməsi və ilansancma hallarının baş verməsidir. Təkcə bu ilin 4 ayı ərzində mərkəzi rayon xəstəxanasına 23 nəfər it dişləməsi ilə müraciət edib.  Quduzluq diaqnozu qoyulan 23 xəstəyə 70 vaksin vurulub. Vaxtında görülən tədbirlər nəticəsində bütün xəstələr xəstəlikdən xilas olub. Ümumilikdə il ərzində rayonda 200-ə qədər it dişləməsi faktı qeydə alınır. Həmçinin aqrar rayon olan Göygöldə ilanvurma halları da tez-tez baş verir. Bu il hələlik ilansancma qeydə alınmasa da ötən il 4 nəfəri ilan sancıb. Baş verə biləcək xoşagəlməz hadisələrə qarşı operativ tədbirlərin görülməsi üçün Mərkəzi Rayon Xəstəxanası ilə yanaşı, kənd xəstəxanaları, eləcə də tibb məntəqələri lazımi dərman preparatları ilə təmin edilib.

Eldar Muradov- Göygöl MRX-nın baş həkimin müavini: “Bilirsiniz ki, bu hadisələr müxtəlif sahələrdə və müxtəlif məsafələrdə baş verə bilir. Və istər- istəməz hadisənin baş verdiyi yerdən həkim köməyinə  qədər olan məsafə  çox önəmlidir. Bütün kənd tibb məntəqələrində olan tibb işçilərini bununla bağlı təlimatlandırmışıq. Hətta ona yaxın olan kənd sahə xəstəxanaları varsa, orada müəyyən dərman vəsaitləri verilibdir. Və xəstə orada da həkim köməyindən istifadə edə bilər və daha sonra yenə rayon xəstəxanasına çatdırıla bilər”.

 

Elton Cabbarlı