• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1218
— 01.05.2017 11:23

II və III ixtisas qrupları üzrə tələbə olmaq istəyənlər imtahan verdilər

KepezTV Player

Bu il II və III ixtisas qrupları üzrə tələbə olmaq istəyənlər I qəbul imtahanında iştirak edib. Gəncədə bu məqsədlə ayrılan 7 binada regiondan olan 3746 nəfər abituriyent biliyini sınamaq üçün qeydiyyatdan keçmişdi. 3 saat davam edən imtahanların idarə olunması üçün 23 imtahan rəhbəri, 280 nəfər zal nəzarətçisi cəlb olunub. Təhlükəsizliyin təmininə isə Xüsusi Dövlət Mühafizə Xidmətinin 50 əməkdaşı cəlb edilmişdi. I və IV ixtisas qrupları üzrə I qəbul imtahanı isə mayın 7-də keçiriləcək. İyul ayında keçirilməsi nəzərdə tutulan I, II, III və IV ixtisas qrupları üzrə II qəbul imtahanında iştirak etmək istəyən abituriyentlər isə mayın 4-dən 22-dək DİM rəsmi internet saytında qeydiyyatdan keçə biləcəklər.

Gülnar Fazilqızı