• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2204
— 28.04.2017 16:44

Göygöldə dini vəziyyət, bu sahədə cərəyan edən proseslər haqqında müşavirə təşkil edilib

KepezTV Player

“Dini ekstremizm və radikalizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları" Göygöldə keçirilən seminar-müşavirədə müzakirə olunub. "Dini Ekstremizm Haqqında Qanun"un icrası ilə əlaqədar keçirilən silsilə tədbirlərin davamı olaraq baş tutan tədbirdə ölkədəki dini vəziyyət, bu sahədə cərəyan edən proseslər haqqında danışılıb. Tədbirdə "Dini Etiqad Azadlığı" haqqında qanunun 1-ci, 21-ci və 24-cü maddələrinə nəzərdə tutulan dəyişikliklər barədə də söhbət açılıb. Milli Məclisin müzakirəsinə çıxarılan dəyişikliklər qəbul edilərsə, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən ölkəyə dəvət olunan din xadimlərinə, istisna hallarda dini təbliğat aparmalarına, icazə veriləcək. Bununla yanaşı din xadimləri və dini tədris müəssisələri öz tələbə və müəllimlərini təcrübə mübadiləsi üçün xarici ölkələrə göndərə biləcəklər. Xaricdə dini təhsil alan şəxslər isə müəyyən attestasiyadan keçdikdən sonra, dini ayin və mərasimlərin icrasına buraxılacaqlar.

Gülnar Fazilqızı