• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2095
— 24.04.2017 16:09

Belçika səfiri Gəncədə iqtisadi sahədə əməkdaşlığın inkişafı istiqamətində məsləhətləşmələr aparıb

KepezTV Player

Bu gün Belçika səfiri də Gəncədə iqtisadi sahədə əməkdaşlığın inkişafı istiqamətində məsləhətləşmələr aparıb. Səfir Bert Skufs Belçika şirkətlərinin Azərbaycanda konkret sahələrə sərmayə qoymaqda maraqlı olmaqla münasibətlərin genişləndirilməsinə çalışdıqlarını önə çəkib. Gəncə ilə Belçika Krallığı arasında mədəni, elmi və təhsillə bağlı əlaqələrin qurulması da müzakirə olunub. Diplomat növbəti səfərində Gəncəyə Belçikadan olan iş adamlarıyla gələcəyini vurğulayıb. 

Bert Skufs- Belçika Krallığının Azərbaycandakı səfiri: “Azərbaycanla Belçika əlaqələrinin 25 illik tarixi var. Bu müddət ərzində münasibətlərimiz konkret bir səviyyəyə çatıb. Bu əsasən karbohidrat ehtiyatları, neft- qaz sahələrini əhatə edib. Amma gələcəkdə bu siyahıya intellektual idarəetmə, kənd təsərrüfatı və qeyri- neft sektorunun digər sahələri də əlavə ediləcək. Ölkələrimiz arasında bir çox oxşar cəhətlər var. Hər iki ölkənin güclü, inkişafda olan iqtisadiyyatı mövcuddur”.

Xəyalə Mürsəl