• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1473
— 24.04.2017 15:13

Avstriyanın Azərbaycandakı səfiri: “Gəncədə Avstriyanın konsulluğunun açılması məsələsi nəzərdən keçirilir”

KepezTV Player

Avstriya Gəncə ilə iqtisadi sahədə əməkdaşlığı sürətləndirmək niyyətindədir. Həmçinin müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətə təkan məqsədiylə şəhərdə konsulluğun açılması nəzərdən keçirilir. Avstriyanın Azərbaycandakı səfiri Aksel Vex Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşdə belə deyib. Diplomat ölkəsinin xüsuilə aqrar sektor, şəhərsalma və kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində təcrübəsini paylaşmaq niyyətində olduğunu deyib. Həmçinin turizm ixtisası üzrə təhsil alan ali məktəb tələbələrinin ikili diplom vasitəsilə Avstriyada da təhsilini davam etdirmək imkanı yaratmaq üçün əməkdaşlıq müqaviləsi imzalanması təklif olunub. 

Aksel Vex- Avstriyanın Azərbaycandakı səfiri: "Ölkənin ikinci böyük şəhəri olan Gəncənin önəmi bizim üçün böyükdür. Ona görə xarici işlər nazirimizin də göstərişi var ki, fəxri konsulluq şəbəkəsi yaradılıb, inkişaf etdirilməlidi. Yaxşı olardı ki, Gəncədə Avstriyanın fəxri konsulu olsun. Həmçinin qeyri-neft sektoru, xüsusən aqrar sektorun inkişafını dəstəkləmək niyyətindəyik. Bu sahə üzrə kompleks tədbirlər planlaşdırılır. Alüminium zavodu ilə birgə əməkdaşlıq imkanlarına baxa bilərik. Burada alüminium istehsalı, tullantıların zərərsizləşdirilməsi və idarəçilik sahəsində təkliflərimiz ola bilər. Viyana, idarəçiliyi yaxşı olan bir şəhər kimi tanınır. Ona görə Gəncə şəhəri ilə də bu sahədə əməkdaşlıq edə bilərik. Şəhərsalma, ağıllı şəhər konsepsiyası, ictimai nəqliyyatın modernləşdirilməsi də buraya daxildir".  

Fərid Mehdizadə