• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1764
— 22.04.2017 16:23

Gəncədə ümumşəhər iməciliyi və ağacəkmə aksiyası keçirilib

KepezTV Player

İməcilikdə ərazilər ot-alaqdan təmizlənib, əsasən Gəncənin landşaftına uyğun, şəhərə yaraşıq verən, havanın oksigen ilə zənginləşməsində xüsusi rolu olan müxtəlif növ şam və meyvə ağacları, Xan Çinar və gül kolları əkilib. İştirakçılar ərazidə təmizlik-abadlıq işləri də aparıb. Ərazini alaq otlarından, daşlardan təmizlənib, yeni əkilən ağaclar suvarılıb, əvvəllər basdırılan tinglərə aqrotexniki qulluq göstərilib.

Vüqar İsmayılov- aksiya iştirakçısı: “Tələbələr və müəllim heyəti burdadır. Universitetimiz adından 500-dən artıq ağac əkdik”.

Elnur Rzayev- Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini: “Şəhər İcra Hakimiyyətinin təşkilatçılığıyla keçirilən aksiyada bu gün 10 mindən çox ağac əkildi. Aqrotexniki qulluq göstərildi, bu daimi olacaq”.

Xəyalə Mürsəl