• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1931
— 18.04.2017 12:31

Zaqatala sakinini it dişlədi

KepezTV Player

Zaqatalada 29 yaşlı kişini sahibsiz it dişləyib. Heyvanın quduzluğa tutulduğu ehtimal edilir. Hadisə rayonun Çobankol kəndində baş verib. Kənd sakini 29 yaşlı Mustafayev Sərxan Piri oğlu sol bilək nahiyəsinin it dişləməsi xəsarəti ilə Mərkəzi Rayon Xəstəxanasına daxil olub.  Sərxan Mustafayevə xəstəxanada lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.  Sərxan Mustafayevin vəziyyəti nəzarətdə saxlanılır.

Zülfiyyə Telmanqızı