• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2518
— 15.04.2017 00:40

Goranboyda mikroavtobusla VAZ 2107 toqquşub, xəsarət alan var

Goranboy rayonun da yol qəzası olub. Hadisə rayonun Səfikürd kəndi ərazisində baş verib. Goranboy-Ağcakənd xətti ilə hərəkət edən mikroavtobus VAZ 2107 ilə toqquşub. Qəza zamanı mikroavtobusda olan Goranboy rayon Yeni qəsəbə kənd sakini 51 yaşlı Səadət Nəsirova müxtəlif bədən xəsarəti alıb. Yaralı dərhal Goranboy Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Ona döş qəfəsinin və kəllə nahiyyəsinin qapalı travması diaqnozu qoyulub. Həkimlər yaralıya tibbi yardım göstərib və  vəziyyətinin normal olduğu bildirilir. Səadət Nəsirova  ambulator müalicəyə buraxılıb. Faktla bağlı araşdırma aparılır.

Elnur Vahidoğlu