• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1329
— 13.04.2017 11:28

Göygöl-Toğanalı yolu genişləndirilir

KepezTV Player

Gəncədən Göygölə gedən yol genişləndirilir. Artıq Göygöl-Toğanalı avtomobil yolunun kənarında mövcud olan yöndəmsiz tikililərin söküntüsü tam başa çatdırılıb. Hazırda kommunikasiya xətlərinin yeraltına salınması işləri aparılır. Gəncə-Toğanalı-Kəlbəcər avtomobil yolunun müasir tələblər səviyyəsində yenilənməsi avtomobillərin təhlükəsiz hərəkətinə, eləcə də bölgəyə, xüsusiylə Göygöl Milli Parkına üz tutan turistlərin rahat gediş-gəlişinə hesablanıb. Ekoloji və gigiyenik tələblər baxımından normalara cavab verməyən tikililərin sökülməsi və yol infrastrukturunun yenilənməsi yerli sakinlərin ürəyincədir.

Elbrus Abdullayev- sakin: “Yol çox ensiz idi. Maneçilik olurdu. İndi hardasa yolun eni 10-12 metr olur. Çox yaxşı işlər gedir. Biz bu işlərin tərəfdarıyıq öz minnətdarlığımızı bildiririk”.

İlqar Hacıyev- Yeni Zod kənd icra nümayəndəsi: “Yol təsərrüfatı yaxşılaşırsa, yollar genişlənirsə, turistlərimiz bura ürəklə gəlib bu səfalı yerləri görərsə bu xalqımız üçün çox yaxşıdır”.

 

Natiq Hüseyn