• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1691
— 12.04.2017 15:03

Sınaq imtahanlarında biliklərini sınamaq istəyən abituriyentlər may ayını gözləməlidir

KepezTV Player

Bu il cəmi 2 sınaq imtahanı keçiriləcək ki, onlardan da digəri iyuna planlaşdırılıb. Dövlət İmtahan Mərkəzindən sınaq imtahanlarının vaxtındakı dəyişikliklə bağlı açıqlama var.

Nəsimi Məmmədov- DİM-in Gəncə Regional Bölməsinin müdiri: “Sınaq imtahanları əvvəlki illərdə mart və aprel aylarında həyata keçirilirdisə bu il ilk sınaq imtahanı may ayının 27-si, növbəti sınaq imtahanı isə iyunun 11-də həyata keçiriləcək. May ayında keçiriləcək sınaq imtahanlarına artıq qeydiyyat başlamışdır. Belə ki, hər bir abituriyent öz şəxsi kabinetində ödəməni həyata keçirərək, Dövlət İmtahan Mərkəzinin internet saytında sınaq imtahanlarının qeydiyyat bölməsinə daxil olub sınaq imtahanlarında iştirak etmək hüququnu əldə edə bilərlər.

Yoxlama xarakteri daşıyan imtahanlarda iştirak etmək üçün tətbiq olunan daha bir yenilik isə abituriyentin iş nömrəsi və şifrəsi ilə bağlıdır. Artıq iş nömrəsi və şifrəni sms vasitəsi ilə deyil, ödəmə terminallarından şəxsi kabinetlərinə pul ötürməklə əldə etmək mümkün olacaq. Ali məktəblərə qəbul olmaq üçün rus bölməsi üzrə Azərbaycan dilindən imtahan verənlərin nəticələri məlum olub. 30 test tapşırığından 15-ni yerinə yetirən və məqbul qiymət alan abituriyentlər, respublikanın ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak edə biləcəklər.

Nəsimi Məmmədov- DİM-nın Gəncə Regional Bölməsinin müdiri: “Həmin abituriyentlərin nəzərinə çatdırırıq ki, respublikanın ali təhsil müəssisələrinin, qəbul imtahanlarının vaxtları açıqlanıb. Belə ki, yazda keçiriləcək qəbul imtahanlarının 2-ci və 3-cü ixtisas qrupu üzrə keçiriləcək qəbul imtahanları aprel ayının 30-da həyata keçiriləcək. Və 1-ci 4-cü ixtisas qrupu üzrə keçirilən qəbul imtahanları isə may ayının 7-də həyata keçiriləcək. Rus bölməsinin Azərbaycan dili ilə bağlı istər məqbul qiymət alan, istərsə də qeyri- məqbul qiymət alan qeydiyyatdan keçib ərizəni təsdiq etdirmiş abituriyent həmin qəbul imtahanlarında iştirak etmək hüququna malikdirlər”.

Gəncədə 4 binada keçirilən imtahanlarda ali təhsil müəssisələrinin və AMEA-nın magistratura pilləsinə qəbul olmaq istəyənlərin də nəticələri açıqlanıb. İmtahan iştirakçıları arasında əldə olunan maksimum nəticə mümkün 100 baldan 99 bal olub. Magistraturaya qəbul imtahanının II mərhələsi iyunun 4-də keçiriləcək.

Elton Cabbarlı