• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1050
— 10.04.2017 15:58

Gəncə şəhərində su-kanalizasiya xətlərinin yenilənməsi işləri davam etdirilir

KepezTV Player

Bir həftəyə yekunlaşacaq işlər Gəncədə 2 min abonentin fasiləsiz olaraq içməli su ilə təminatına imkan verəcək. Ağ su ilə təmin edilən əhalinin çirkab su xətti də yeni çəkilən sistemə birləşdirilib. May ayının sonuna kimi isə daha 400-ə yaxın abonent də fasiləsiz olaraq içməli sudan yararlanacaq.

Gəncə şəhərində su-kanalizasiya xətlərinin yenilənməsi işləri sürətlə davam edir. Hazırda çəkilişlər şəhərin Gülüstan qəsəbəsi və ona yaxın olan ərazilərdə aparılır. Buradan çəkilən su, eləcə də kanalizasiya xətləri magistrala birləşdirilir. Bu işlər yekunlaşdıqdan sonra ev su xətlərinin birləşdirilməsi işlərinə başlanılacaq. Hazırda şəhərin Əziz Əliyev, Bəxtiyar Əliyev və ona yaxın olan küçələrdə magistral su-kanalizasiya xətləri tam çəkilib, ev su xətləri birləşdirilərək su sayğacları quraşdırılıb. Evlərdə su sınaq testləri başa çatdıqdan sonra sakinlər fasiləsiz olaraq içməli sudan və kanalizasiyadan istifadə edə biləcəklər.

Sədi Namazov- sahə rəisi: “2 min sayğac quraşdırılmış ərazidə hazırda ev kanalizasiya bağlantıları gedir. Onların ana xəttə qoşularaq ardıcıl davamlı işləməsi üçün çalışırıq. Gülüstan ərazisində 355 sınaq su xətti də var ki, biz onun üzərində də hazırda çalışırıq sayğacları quraşdırırıq və kanalizasiya xətlərinin yarımçıq qalmış aralıq hissələrini birləşdiririk ki, o əraziyə də su verə bilək. Hazırda evlərin su sayğacları quraşdırılır, çatışmayan xətlər çəkilir, yaxın zamanda o əraziyə də su verə biləcəyik”.

İllərdi ki, su və kanalizasiyanın bərbad vəziyyətdə olmasından əziyyət çəkən sakinlər su-kanalizasiya işlərinin yekunlaşacağı günü səbirsizliklə gözləyirlər.

Azad İbrahimov- sakin: “Əziz Əliyev 251 ünvanında yaşayıram. Əziz Əliyev 251 ünvanında yaşayıram. Bizim kanalizasiya, su sistemimiz çox pis vəziyyətdə idi. Hamısını təzələyirlər, öz təşəkkürümüzü bildiririk. Ağ suyu fasiləsiz verməyə söz veririlər, təşəkkürümüzü bildiririk”.

Aydın Verdiyev- sakin: “Gəlib çəkirlər, narazılığımız yoxdu. Təmənnasız birləşdirirlər. Yəqin ki, bizim üçün rahatlıq olar”.

Gəncəyə veriləcək içməli su üçün 4 böyük anbar da tam tikilib və anbardan suyun verilməsi üçün heç bir problem yoxdu.

Azər Salmanov- mühəndis: “Bu anbarlar su ilə doludur. Anbarların yanında xlorat binaları tikilib, bunlar hamısı layihəyə uyğun həyata keçilir. Həmin su anbarlarından şəbəkə xətlərinə veriləcək. Hazırda Gəncəyə suyun verilməməsi işin yarımçıq olmasıdır. Evlərə su çıxışları çəkilib, sayğaclar quraşdırıldıqdan sonra anbarlardan şəhərə təmiz su buraxılacaq. Sular da əsasən dağ, bulaq suyudur.”

Evlərə quraşdırılan mexaniki sayğacların  sutka ərzində fasiləsiz işləməsi üçün heç bir problem olmayacaq. Sakinlər isə  su və kanalizasiyaya görə 1 kubuna  35 qəpik ödəyəcək.

Elnur Vahidoğlu