• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1083
— 06.04.2017 15:16

Göygöldə yöndəmsiz tikililərin sökülməsinə başlanılıb

KepezTV Player

Gəncə-Toğanalı-Kəlbəcər avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində yöndəmsiz tikililər sökülür. Məqsəd Göygöl Milli Parkına gedən yolda təhlükəsizliyi təmin etmək, estetik görünüş yaratmaq və turistlərin istirahət güşələrinə rahat gediş-gəlişini təmin etməkdir. Fövqəladə Hallar Nazirliyinin, "Azəravtoyol"un, Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin, eləcə də digər dövlət qurumlarının nəzarət etdiyi söküntü işlərinin qısa zamanda başa çatdırılması planlaşdırılır. Növbəti mərhələdə isə mövcud avtomobil yolunun genişləndirilməsi, eləcə də kənarlarda quruculuq və yaşıllaşdırma işlərinin aparılması nəzərdə tutulub.

Natiq Hüseyn