• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2552
— 05.04.2017 12:42

Paytaxt sakinini avtomobil vurdu

KepezTV Player

Paytaxt ərazisində piyadavurma hadisəsi baş verib.

Sabunçu rayonu Zabrat qəsəbəsində yolu keçmək istəyən 46 yaşlı Qasımov Tacib Fəzail oğlunu avtomobil vurub. Qəzadan sonra avtomobilin sürücüsü yaralını xəstəxanaya aparıb. Özünü həkimlərə Tacib Hüseynovun qohumu kimi təqdim edərək, onun yıxılaraq xəsarət aldığını bildirib. Yaralıya tibbi yardım göstərilən zaman sürücü xəstəxananı tərk edib. Tacib Hüseynov əvvəlcə sürücünün dediklərini təsdiqləsə də, sonra həmin şəxsin onu avtomobillə vurduğunu bildirib. Hadisə barədə polisə məlumat verilib. Faktla əlaqədar araşdırma aparılır.

Zülfiyyə Telmanqızı