• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2212
— 03.04.2017 15:59

Yumurtanın qiyməti ucuzlaşıb

KepezTV Player

Son günlər bazar və mağazalarda yumurtanın qiymətində kəskin şəkildə ucuzlaşma müşahidə olunur. Daha dəqiq desək 18 qəpikdən 13 qəpiyə düşən yumurta indi daha 5 qəpik ucuz alıcılara təklif edilir.

Alıcı: “Əlbəttə nə qədər ərzaq mallarının qiyməti aşağı düşsə o qədər də bu xalqın xeyrinədir. Bu çox yaxşı addımdır. Digər məhsullara da tətbiq olunsa çox yaxşı olar”.

Alıcı: “Əlbəttə ki, yumurta həmişə istifadə olunur. Qiymətinin aşağı düşməsi yaxşı olar. Başqa ərzaqların da qiyməti düşsə lap yaxşı olar”.

Yumurtanın qiymətində 10 qəpiyədək ucuzlaşma var. Gündəlik qida rasionunda istifadə olunan və əsas kənd təsərrüfatı məhsullarından hesab edilən yumurtanın birdən- birə bu qədər ucuzlaşması bioloji proseslərin nəticəsi kimi qiymətləndirilir.

Mahir Hacıyev- ekspert: “Sadəcə olaraq mövsümi xarakter daşıyır yumurtanın kəskin ucuzlaşması. Bu da onunla əlaqədardır ki, mövsümi dövrdə mart, aprel ayında yumurtalıq istiqamətində olan quşların sayının artması, burada yumurta istehsalının artması ilə əlaqədar olaraq və kəskin şəkildə respublikada yumurta istehsalının çoxalması təbii olaraq yumurtanın qiymətinin aşağı düşməsinə gətirib çıxarır”.

Tələbi üstələyən təklif ölkədə yumurtaya olan tələbatın yerli istehsal hesabına ödənildiyindən yaranır. Yəni xaricdən yumurta gətirilmədiyindən satışa çıxarılan məhsulun qiyməti yerli istehsalçılar tərəfindən tənzimlənir.

Mahir Hacıyev- ekspert: “Respublikada bildiyimiz kimi quşçuluq fabriklərinin sayı  olduqca çoxdur. Bununla əlaqədar olaraq imzalanmış dövlət proqramına əsasən əhalinin ərzaq məhsulları ilə təminatına görə yumurta istehsalının miqdarı 1 milyard 300 milyon ədədə çatdırılması nəzərdə tutulmuşdur. Lakin bu göstərici hələ 2013-cü ildə əldə olunmuşdur”.

Mütəxəssislər yumurtanın qiymətinin, yaxın vaxtlarda yenidən bahalaşacağını real saymır. 

Elton Cabbarlı