• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1503
— 31.03.2017 13:50

Pul borcu silahlı insidentə səbəb oldu

KepezTV Player

Pul tanışları bir-birinə düşmən etdi. Borc üstündə yaranan mübahisə silahlı insidentə gətirib çıxartdı. Abşeron rayonunda baş verən hadisədə bir nəfər ölüb, bir nəfər isə yaralanıb.Silah səsi Xırdalanda eşidilib. Şəhərin 28-ci məhəlləsində Malik adlı şəxs “Makarov” tipli tapançadan açdığı atəşlə 47 yaşlı Valeh Nəcəfovu qətlə yetirib. Onun tanışı 32 yaşlı Xəyal Paşayevi isə yaralayıb. 3 güllə yarası alan Paşayev xəstəxanaya çatdırılıb. Həkimlər həyatını xilas edə biliblər. Araşdırmalar zamanı məlum olub ki, hadisə borc pul üstündə baş verib. Qətlə yetirilən Valeh Nəcəfovun tanışı ona müraciət edərək bildirib ki, Malik adlı şəxs ona olan borcunu qaytarmır. Nəcəfov pulu alacağına söz verərək Maliki görüşə çağırıb. Və söhbətə tanışı Xəyal Paşayevlə gedib. İlkin ehtimallara görə, hər iki tərəf pul mübahisəsinə silahla gedib. Tərəflər arasında yaranan münaqişə zamanı Malik üzərində olan silahla Valeh Nəcəfovun baş nahiyyəsindən güllə ilə vuraraq qətlə yetirib. Daha sonra hadisə yerindən qaçmaq istəyən Xəyal Paşayevə atəş açıb. Atılan altı güllədən üçü hədəfə dəyib. Hadisəni törədən şəxs daha sonra ərazini tərk edib. Abşeron rayonunun hüquq-mühafizə orqanlarının rəhbərliyi hadisə yerində olub. Əraziyə baxış zamanı 7 giliz aşkar edilib. Dünyasını dəyişən Nəcəfovun da əlində “Makarov” tipli tapança olub. Silah və gilizlər ekspertlər tərəfindən götürülüb. Faktla əlaqədar cinayət işi başlanıb. Araşdırma aparılır.

Zülfiyyə Telmanqızı