• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1866
— 29.03.2017 13:25

Evlərdən, maşınlardan, obyektlərdən oğurluq edənlər tutuldu

KepezTV Player

Gəncədə evdən və bir neçə obyektdən oğurluq edənlər saxlanılıb. Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə şəhər ərazisindəki 1 evdən, mağazadan, çayxanadan və aptekdən, ümumilikdə 38 manat, tütün məmulatı və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Münasib Əhmədov və Mingəçevir şəhər sakini Orxan Nəsibzadə tutulub. Kəpəz polisinin keçirdiyi digər əməliyyatla 4 vətəndaşa məxsus avtomobillərdən, 1 mağazadan və evdən məişət əşyaları, ərzaq məhsulları, akkumulyator və maqnitofon oğurlamaqda şübhəli bilinən şəhər sakini Sərdar Pənahov saxlanılıb. Araşdırmalar davam etdirilir.

Zülfiyyə Telmanqızı